22 Avgost (31
mordad) günü Millətimizin ırqıçılığa
qarşı çağırışını Azərbaycan
Federasiyonu İsveç dəstəkliyir!
İranda
Güney Azərbaycan Türklərinə olan basqı dünyanın heç
bir yerində bənzəri görünməmişdir. Iranda Azərbaycan
Türkləri ən ilkin insani haqlarından məhrum olmuşdur.
35 milyondan artıq bir millətin ana dili qadağandır, yeni
Uşaq Baxçasına (Məhdekudəkə) Okula (məktəbə)
başlayan türk uşağı öz doğma ana dili yerinə ana
dili olan türk dilinə heç bənzəri olmayan fars dilini öyrənməyə
məcburdur. Öz normal
yaşamı üçün idarələrə işi düşən kəndli,
Şəhərli Azərbaycanlılar öz ana dili olan türk dili
yerinə fars dilində işlərini yeritməlidirlər.
Anlamadığları bir dildə quracaqları
yaşamlarının sənədləri farscadır. Dinlədikləri
radio, izlədikləri televiziyon farscadır.
Millətin
keçmişi və gələcəyi üçün verilmiş və veriləcək
qanunlar öz doğma Türk dilində yox başa düşmədiyi fars
dilindədir. Məhkəməyə işi düşən Azərbaycan
Türkləri öz doğma ana dilində yox fars dilində məhkəməyə
çekilir, məhkəmə olunur.
35
milyondan artıq bir millətin ana dilində bir məktəbi
yoxdur. Bir qəzeti yoxdur. Bir partiyası yoxdur. Bir musiqi
akademiyası yoxdur. Bir radiosu yoxdur. Bir televiziyonu yoxdur. Öz dilində
bir tiatro oynamağa haqqı yoxdur. Bir opera oynamağa haqqı
yoxdur. Sinamaya gedib öz dilində bir filim izləməyə haqqı
yoxdur. Özü doğurduğu uşağına ana dili olan Türk
Dilində ad qoya bilmir.
Vətənini
sevən Azərbaycan Türkü yurdundan didərgin düşürülür. Dilini
sevən ulusunu sevən yurddaşlarımızı zindanlar
şikəncələr gözləyir.
Bu
ağla sığışmıyan diktatorluğa İnsan
Haqlarını taptdalıyanlara Güney Azərbaycan Türkləri
sivil yollar ilə öz haqlarını istəməklə dəfələrcə
dur deyiblər. İndi millətimiz
özgürlüyü yolunda sivil bir biçimdə fotbol meydanlarında
haqqını istəməyə dəvam etdirir.
Biz
Azərbaycan Federasiyonu İsveç
AFİ olaraq millətimizi sarsılmadan Azərbaycanın bütün
şəhərlərində toplanıb sivil formada göstərilər
yolu ilə İran rejimindən öz insani haqlarını əldə
etməyə inanırıq. Ona görə 22 Avgost (31 mordad) millətimizin
öz milli, mədəni, siyasi və iqtisadi özgürlüyünü əldə
etmək üçün bir araya gəlməyini dəstəklirik.
Irqıçılığa qarşı bu çağrını dəstəkliyirik.
Millətimizə
22 Avgost (31 mordad) ırqıçılığa qarşı
yürüyüşündə uğurlar arzu edirik.
Azərbaycan
Federasiyası İsveç AFİ
Başqan
Settar Sevigin settar_ss@yahoo.se
0046707120117
Stokholm
2010-08-20